Türkiyədə göyərtəsində miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda göyərtəsində qanunsuz miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb.
Qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan 7 nəfərin hamısı Əfqanıstan vətəndaşıdır. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.