Taliban Əfqanıstanda şəhəri ələ keçirdi

Əfqanıstanda Taliban terrorçuları Fərah vilayətinin mərkəzini mühasirəyə alıb və bir hissəsini ələ keçirib.
Səhərdə vali, polis şöbəsi və hava limanı ətrafında silah səsləri eşidilir. Hücumlara gecə saatlarında start verilib. Qarşıdurmada 7 təhlükəsizlik əməkdaşı yaralanıb. Digər mənbədə yaralılar arasında mülki vətəndaşların olduğu da bildirilir. Təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib, 16 Taliban üzvü isə yaralanıb.
Silahlı qarşıdurma hələ də davam edir.