Ermənistanın baş naziri yeni müdafiə nazirinin adını açıqlayıb – YENİLƏNİB

“Bu gün David Tonoyan müdafiə naziri təyin ediləcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Qalan təyinatlar yaxın günlərdə ediləcək. Qranuş Akopyan diaspor naziri vəzifəsində qalmayacaq”, – o vurğulayıb.
Qeyd edək ki, D.Tonoyan 1967-ci il dekabrın 27-də Qazaxıstanın Ust-Kamensk şəhərində doğulub. 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. 2010-cu ildə müdafiə nazirinin birinci müavini, 2017-ci ildə isə fövqəladə hallar naziri təyin olunub.