İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 130-u keçib

İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb.
Bu barədə “Tasnim” agentliyi Kohgiluyə və Buyer Əhməd ostanının Təcili Tibbi Yardım Mərkəzinin rəhbərinə istinadən məlumat verib.
Mərkəz rəhbərinin sözlərinə görə, xəsarət alanlardan 32 nəfər xəstəxanaya yerləşdirilib.
Daha əvvəl 105 nəfərin xəsarət aldığı bildirilirdi.
Xatırladaq ki, İran ərazisində maqnitudası 5,2 olan zəlzələ mayın 2-də baş verib.