Kabildə baş verən partlayışda ölənlərin sayı 60 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 60 nəfərə çatıb.
Bu barədə “TOLOnews” telekanalına ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı 129 nəfər xəsarət alıb. Terror aktı nəticəsində azı 9 uşaq həlak olub, daha 18 azyaşlı yaralanıb.
Hadisə terrorçu-kamikadze tərəfindən paytaxtın Daşt-e-Barçi rayonunda törədilib. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
Daha əvvəl terror aktı zamanı 57 nəfərin həlak olduğu, 119 nəfərin yaralandığı bildirilirdi.