Türkiyədə 5.1 bal gücündə zəlzələ: 13 yaralı - FOTO

Türkiyənin şərq bölgəsində 5.1 bal gücündə zəlzələ baş verib.Məlumata görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində əksəriyyəti yaşlı olmaqla 13 nəfər yaralanıb.