Kadırov: Tramp və Merkeli həbs edəcəyik

Donald Tramp, Angela Merkel və digər qərbli məmurlara qarşı çoxdan cavab sanksiyaları tətbiq etmişik.
Bunu “Rossiya 24” televiziyasına müsahibəsində Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Əgər onlar Çeçenistana gəlsələr, dərhal həbs ediləcəklər. Əgər onların burada hesabları peyda olsa, dərhal bloklanacaq”, – deyə o bildirib.