FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

Fətullahçı Terror Qruplaşmasının (FETÖ) həbs olunan üzvləri terrorçuların təcili toplaşmaq qərarı verilərkən xüsusi şifrələrdən istifadə etdikləri məlum olub.
Bunu ötən gün istintaqda ifadə verən FETÖ üzvləri deyib ki, müəyyən imamların başçılıq etdiyi təşkilat üzvlər “vhatsaap” və telefon zəngləri ilə bir-birilərinə “gəlin, çay içək” şəklində xəbər yollayırlarmış. Bu ifadə “təcili toplaşmaq əmri verilib” – şəklində başa düşülürmüş.
Bundan başqa, dövlət idarələrində çalışan şəxslərin hədiyyə maaş paketlərinin də hissə-hissə Pensilvaniyaya göndərildiyi məlum olub.
Qeyd edək ki, FETÖ terror qruplaşması və onun rəhbərliyi Türkiyə Ədalət Məhkəməsi tərəfindən 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilir.