Tramp və Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər

Çinin, Monqolustanın və Şimali Koreyanın paytaxtları təhlükəsizlik baxımından ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün mümkün yerləri kimi artıq nəzərdən keçirilmir.
ABŞ tərəfi görüşün neytral yerdə keçməsini istəyir və Avropa ölkələrinə üstünlük verir. Görüşün baş tutacağı ölkələrin siyahısında İsveçrə ilk pillədədir.