İranda 5,9 ballıq zəlzələ oldu
İranda 5,9 bal gücündə zəlzələ baş verib.Tehran Universitetinin Geofizika İnstitutu yeraltı təkanların ölkənin cənubunda Buşir əyalətində qeydə alındığı barədə xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Kaki şəhərindən 3 kilometr məsafədə, yerin 18 kilometrliyində olub.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat verilməyib.










