Rusiyaya qarşı yeni sanksiyalar bu gün elan ediləcək
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Xeyli Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyi ilə bağlı açıqlama verib.
Bu barədə diplomat CBS kanalına müsahibə verib.
Xeylinin sözlərinə görə, yeni sanksiyaları maliyyə naziri Stiven Mnuçin bu gün elan edəcək.










