Türkiyədə PKK terrorçuları hərbi bazaya hücum ediblər

PKK terrorçularının Türkiyənin Şırnak əyalətinin Elmalı və Kuyu Tepe rayonlarındakı hərbi bazaya hücumu nəticəsində 3 hərbçi şəhid olub, 1-i yaralanıb.
“Anadolu” xəbər verir ki, terrorçular hərbi hissəyə iriçaplı silahlardan atəş açıblar.
Şəhidlərin meyiti və yaralı hərbçilər Şırnak şəhərinə gətiriliblər. Yaralı hərbçi yerli dövlət xəstəxanasına yerləşdirilib.
Bölgədə genişmiqyaslı antiterror əməliyyatı keçirilir.