Türkiyədə İŞİD-in cəlladı saxlanıldı

Türkiyənin Adana vilayətində keçirilmilş xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının cəlladlarından biri Riyad Hacı Osman saxlanılıb.
O, Suriya vətəndaşıdır.
Əməliyyat çərçivəsində Suriyada müxtəlif silahlı qruplaşmaların tərkibində olmuş daha 6 nəfər saxlanılıb.
Onların kimliyi barədə məlumat verilməyib.