Kadırov Telegrama görə dilxor olub

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ərazisində Telegram şəbəkəsinin qadağan edilməsi barədə məhkəmənin qərarını şərh edib. O, Telegramın bağlanılmasına görə üzüldüyünü dilə gətirib.
"Əlbəttə, üzücüdür ki, Telegram rəhbərliyi ilə hüquq-mühafizə orqanları arasında kompromis olmadı. Məhkəmə qərar qəbul edib və əgər Telegram Rusiyada bağlansa, mən şəbəkəyə daxil olmaq üçün hansısa yollar axtarmayacağam və heç bir proqramdan istifadə etməyəcəm",-deyə Kadırov bildirib.
Çeçenistan prezidenti həmçinin əlavə edib ki, şəbəkədən istifadə rahat və sadə olub.