İsraildən Qəzzaya hava hücumu: 1 şəhid

İsrail təyyarələrinin Qəzzanın şərq sərhədinə təşkil etdiyi hava hücumunda bir fələstinlinin şəhid olduğu, bir fələstinlinin isə yaralandığı bildirilir.
Şəfa Xəstəxanasının rəsmisi Ayman əs-Sahabani hava hücumunda şəhid olan şəxsin 31 yaşlı Məhəmməd Hicilə olduğunu deyib.
Bundan əvvəl isə İsrail rejimi qırıcı təyyarələri Qəzzada Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarına aid hərbi hədəfi vurduğunu və hücumda insan tələfatının olmadığını açıqlamışdı.