İraq öz vətəndaşlarını tapmaq üçün yardım istəyir

Ölkənin tərk edən qaçqınlar barədə İraqda heç bir məlumat yoxdur, hökumət bu problemlə bağlı xarici yardıma ümidvardır. Bu barədə İraqın miqrasiya məsələlər üzrə naziri Casem Mohammed Əl-Caf bəyan edib.
O, qaçqınlar üçün çoxlu düşərgələrin olduğunu vurğulayaraq, bu səbəbdən itkin düşənləri izləməyin mümkün olmadığını deyib.
Əl-Caf həmçinin vurğulayıb ki, İraq son illərdə ailə üzvləri itkin düşən köçkünlər yardım etmək üçün İtkin Düşənlər üzrə Beynəlxalq Kromissiyadan (ISMP) yardım elmaq istərdi.
İraqın miqrasiya nazirinin sözlərinə görə, o, ISMP-nın İraqdakı proqramının rəhbəri Lena Larsonla görüşüb və o, əməkdaşlıq etməyə hazır olduğunu deyib.
İraqda ISMP komitəsi artıq uzun illərdir ki, silahlı münaqişə nəticəsində itkin düşənləri tapmağa yardım edir.