Gürcüstanda mədən qəzası: 6 ölü

Gürcüstanın qərbində mədəndə baş verən qəza zamanı 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə Tkibuli şəhərində yerləşən Mendel mədənində qeydə alınıb.
Hadisə yerinə təcili yardım və polis qüvvələri cəlb olunub. Hadisənin istinad divarının çökməsi nəticəsində baş verdiyi bildirilir.