Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib

Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib.
Hadisə Eskişehir şəhərində yerləşən Osmanqazi Universitetinin Pedaqoji fakültəsində baş verib.
Adı açıqlanmayan bir müəllim həmkarlarına silahlı hücum edib. Nəticədə 4 müəllim ölüb.
Bildirilib ki, polis hücum etməkdə şübhəli bilinən müəllimi tutub.