Dəmiryolçuların etiraz tətili Paris ətrafında 400 km-lik tıxaca səbəb olub

Fransalı dəmiryolçuların etiraz tətilinin ikinci günü nəticəsində bu gün Paris ətrafında 400 kilometrdən çox tıxac meydana gəlib.
Bu barədə BFM telekanalı məlumat yayıb.
Fransa Dəmir Yolları dövlət şirkətinin (SNCF) məlumatına görə, etiraz aksiyasında çərşənbə günü dəmiryol işçilərinin 34%-i iştirak edir. Həmkarlar ittifaqları şirkət rəhbərlərinin məlumatları manipulyasiya edərək 80%-lik iştirak səviyyəsi barədə məlumat verdiyini açıqlayıb.
SNCF rəhbərliyi KİV-in dolu perronlar və qatarların şəklini çəkməsinə mane olmaq üçün bu gün jurnalistlərin onun obyektlərinə daxil olmasına qadağa qoyub. Qatarların əksəriyyəti. təxminən, bir saatlıq gecikmə ilə gəlir.