Youtubda atəş açan azərbaycanlı çıxdı

“YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.
Nasim Ağdam adlı qadın ofisin yaxınlığında dayanaraq oraya atəş açıb, 3 nəfəri yaralayıb, sonra da özünü öldürüb.
Facebook və başqa sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadının heyvan haqlarını müdafiə edən aktivist olub.
Onun bu hərəkəti etməsinə səbəb kimi “Youtube”nin onun hesabını bloka atması göstərilir.
San Brunoda yerləşən ofisə hücum edən qadın hadisə şahidlərinin dediyinə görə təxminən 20 dəfə atəş açıb.
Qeyd edək ki, 39 yaşlı Nasim Ağdam hazırda aktiv olmayan Youtube hesabında özünü vegetarian cənubi azərbaycanlı və Veqanizmi irəli çəkən aktivist kimi təqdim edib.
***
Qlobal video paylaşma şəbəkəsi “YouTube”ın Kaliforniya əyalətinin San Bruno şəhərindəki baş ofisində baş vermiş silahlı hadisədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən qadının “şübhəli adam” olduğu bildirilir.
ABŞ mətbuatında verilən xəbərlərdə, kampusdakı bəzi işçilərin silah səsi eşitdikdən sonra binaları tərk etdiyi, bəzi işçilərin isə ofislərinə barrikada quraraq çölə çıxmadığı qeyd edilib.
Bölgədən ABŞ televiziyalarına əks olunan görüntülərə görə, binalardan çıxan yüzlərlə işçinin üstləri polis məmurları tərəfindən axtarıldıqdan sonra etibarlı bir bölgəyə aparılıb.
YouTube-ın sahibi olan Google-dan verilən açıqlamada, şirkətin rəsmi orqanlar ilə koordinasiya halında olduğu və yaşanan hadisə ilə əlaqədar istintaqın davam etdiyi qeyd edilib.
San Bruno Polis Şöbəsinin rəisi Ed Barberini, mətbuat mənsublarına verdiyi açıqlamda, polis qruplarının əraziyə gəlməsinin ardından 1 adamın öldüyünü və 3-ü əl tapançası ilə olmaq üzrə 4 adamın yaralandığını bildirib.
Ölənin qadın olduğunu və ilk araşdırmaların ardından özünə atəş etmiş ola biləcəyini qeyd edən Barberini, onu “şübhəli adam” adlandırıb.
Hadisələ əlaqədar araşdırmaların sürətlə davam etdiyini qeyd edən Barberini, söz mövzusu qadın və hadisənin səbəbi haqqındakı məlumatlara toxunmayıb.
Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, hadisə haqqında özünün məlumatlandırıldığını qeyd edərək, “Düşüncələrimiz və dualarımız hadisədə iştirak edən insanlarladır” açıqlamasını verib.
Google-ın İcraçı direktoru Sundar Pichai, YouTube işçilərinə göndərdiyi mesajda, şirkətin yerli orqanlar ilə koordinasiyalı çalışdığını bildirib.
Hadisəni “qorxunc” adlandıran Pichai, yaralıların və ailələrinin dəstəklənməsi üçün hər şeyin edildiyini vurğulayıb.
Pichai mesajında, “Bu anda bir çoxunuzun şokda olduğunu bilirəm. İrəliləyən günlərdə, Google ailəsində hər kəsə bu ağlasığmaz hadisədən özünə gəlməsi üçün dəstək verməyə davam edəcəyik. İndi hər kəs bir araya gələrək Susana (YouTube-ın icraçı direktoru Susan Wojcicki) və YouTube komandasına dəstək verməlidir” ifadələrini istifadə edib.
YouTube-ın icraçı direktoru Susan Wojcicki də öz Twitter hesabından, “Bu gün YouTube-da silahlı bir adamın tapılmasının nə qədər qorxunc bir şey olduğunu təsvir etməyə sözlər çatmaz” mesajını paylaşıb.
Wojcicki mesajında, hadisədə yaralanan və təsirlənən kəslərə dəstək verildiyini ifadə edərək, “Ailə olaraq bir araya gəlib yaxşılaşacağıq” deyib.
San Brunoda cəmi 4 binası olan YouTube-ın burada təxminən 2 min əməkdaşı çalışır..