Rusiyada daha bir ticarət mərkəzi təxliyə olundu - Yenə yanğın

Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb.
Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.
Məlumata görə, təhlükəsizlik siqnallarının işə düşməsindən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Məlum olub ki, yanğın ticarət mərkəzində yerləşən kafelərdən birində baş verib.
Yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb.