Türkiyədə daha 24 terrorçu məhv edildi
Türkiyənin şərq əyalətlərində PKK-ya qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ötən həftə daha 24 terrorçu öldürülüb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
Nazirlik bildirir ki, əməliyyat çərçivəsində həmçinin 300 kiloqram partlayıcı aşkar edilib. Hazırda ölkədə antiterror əməliyyatları davam edir.










