Marqvelaşvili: Gürcüstan NATO-ya üzv olmağa layiqdir

Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər.
Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.
Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".