ABŞ-ın Ankaradakı səfirliyi işini müvəqqəti dayandırır

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizliklə əlaqədar işini dayandıracaq.
Bu barədə ABŞ səfirliyinin rəsmi internet saytında məlumat yayılıb.
“ABŞ-ın Ankaradakı səfirliyi 2018-ci il, martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar ziyarətçilər üçün bağlı olacaq”, məlumatda deyilir.