Azad Suriya Ordusu Afrində 2 kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin regionunda keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam edir.
Səhər namazından sonra əməliyyat başlayan ASO hərbi birləşmələri Raco ətrafındakı 2 kəndi ala biliblər. ASO birləşmələrinin Racoda irəliləyişini DHA qeydə alıb.
Bu günədək Afrin əməliyyatı çərçivəsində regionun 25%-i terrorçulardan təmizlənib. Raco, Şeyx əl Hədid və Cindereso cənub, cənub-qərb və qərb istiqamətdən mühasirəyə alan birləşmələrin şəhərin mərkəzinə 1-1,5 km məsafədə olduğu bildirilir.