Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb.
Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ və NATO missiyaları Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hücumların sayını artırmışdı.