Nigeriyada "Boko Haram"ın girovluqda saxladığı mindən çox adam azad olunub

Nigeriya və Kamerunun Silahlı qüvvələri iki ölkə arasında sərhəddə yerləşən bir neçə kəndin "təmizlənməsi" üzrə əməliyyatlar həyata keçirib.
TASS xəbər verir ki, birgə əməliyyat zamanı Nigeriyanın şimal-şərqində "Boko Haram" ekstremist qruplaşması tərəfindən girovluqda saxlanılan 1130 nəfər azad olunub.
Toqquşmalar zamanı hərbçilər qruplaşmanın azı 35 silahlısını və gizli silah anbarını məhv ediblər.