Səudiyyə Ərəbistanında komandanlar, qubernatorlar istefaya göndərildi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Baş Qərargah rəisi Əbdülrəhman ibn Saleh əl-Bünyanı işdən azad edərək pensiyaya göndərib.
Milliqazet xəbər verir ki, bundan əlavə quru qoşunları komandanı, HHM və strateji əhəmiyyətli raket qoşunları komandanı istefaya göndərilib.
Səudiyyə Ərəbistanın yeni Baş Qərargah rəisi Fayad ibn Həmid ər-Ruvayl təyin olunub. HHM qoşunları komandanı general-leytenant Məhəmməd ibn Avvad Sühaym əvəzinə general-leytenant Fəhd ibn Abdulla Məhəmməd əl-Müteyr təyin olunub.
Kadr dəyişiklikləri bir neçə qubernatoru, müavinlərini və şəhər merlərini əhatə edib.
Bundan əlavə əmək və sosial inkişaf nazirinin yerinə Tamader ər-Rammah təyin olunub.