İspaniya kralı Barselonada etirazla qarşılandı

Barselonaya Dünya Mobil Konqresində iştirak etmək üçün gələn İspaniya kralı VI Felipe etirazla qarşılanıb.
Milliqazet xəbər verir ki, monarxiya əleyhinə şüarlar səsləndirən nümayiş iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb. Onlar kralı Barselonanın azadlıq hərəkatını yatırmaqda ittiham ediblər.
Digər tərəfdən, Barselona rəsmiləri VI Felipeni qarşılamaq üçün rəsmi mərasim təşkil etməkdən imtina etdilər. Barselona bələdiyyə sədri Ada Kolau kralı müstəqillik hərəkatının yatırılmasına verdiyi dəstəyə görə protest etdiyini bildirib.