Tramp Fələstin böhranını həll etmək istəyir

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq böhranının həlli ilə bağlı planı demək olar ki, başa çatıb və yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək.
Bunu Çikaqo Universitetində çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.
“Plan tezliklə təqdim ediləcək. Onu nə israillilər, nə də fələstinlilər sevəcək, amma onlar bu plana nifrət də etməyəcəklər. Hazırda bu istiqamətdə Trampın müşaviri Cared Kuşner və beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblat çalışır”, - deyə o