Əsəddən Şərqi Qutaya hücum: 98 dinc sakin həlak oldu

Suriyada Bəşər Əsəd qüvvələri Şərqi Quta bölgəsinə aviazərbələr endirib.
Bu barədə Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb.
Aralarında qadın və uşaqların olduğu 98 mülki vətəndaş dünyasını dəyişib. Onlardan 20-si azyaşlıdır. Yaralılar xəstəxanalara aparılıblar.
Əsəd qüvvələrinin müxaliflərin nəzarətində olan Şərqi Qutaya hücumu davam edir.
Qeyd edək ki, ərazidə 400 min insan yaşayır. Şərqi Quta Astana razılaşmasına əsasən, atəşkəs bölgəsi elan edilsə də, silahlı qarşıdurmalar davam edir və humanitar böhran hökm sürür.