Kadırovdan Putinə sədaqət mesajı

Vladimir Putinə Rusiyanı ömürünün sonuna qədər idarə etməyi arzulayıram.
Bu sözləri öz Teleqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb.
“Putinə mənə inandığı üçün təşəkkür edirəm. Bizim prezidentə, Ali Baş Komandana uzun ömür arzulayıram ki, o, ömrünün sonuna qədər dövləti idarə etsin. Biz hər zaman ona sadiq olacağıq”, – deyə o bildirib.