Moskvada “Kosmos” mehmanxanasında yanğın olub

Rusiya paytaxtı Moskvanın şimal-şərqində yerləşən “Kosmos” mehmanxanasında yanğın olub.
TASS xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yanğın binanın 15-ci mərtəbəsində baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə qrupu cəlb edilib.
Mehmanxanada olan 230 nəfər təxliyə olunub.
Məlumata görə, yanğının qarşısı alınıb. Amma binanın içini bürüyən qatı tüstü hələ də çəkilməyib.