ABŞ koalisiyası Suriya ordusunu atəşə tutdu

ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı koalisiya qüvvələri Suriya hökumət ordusunu atəşə tutub.
Hücuma səbəb kimi Fərat çayından şərqdə kürd döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinin iqamətgahının atəşə tutulması göstərilib. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.
“Suriyada əsas məqsəd İŞİD-ə qarşı mübarizədir, lakin koalisiyanın özünü müdafiə etmək hüququ var”, - deyə koalisiyasının komandanlığından bildiriblər.