Kiyev məhkəməsi Saakaşviliyə qaçqın statusu verməyib

Kiyev məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qaçqın ya da müdafiəyə ehtiyacı biri kimi status almaqla bağlı apellyasiya şikayətini rədd edib.
TASS verdiyi xəbərə görə, bu barədə vəkil Ruslan Çernoluçkov məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmənin Saakaşviliyə qaçqın statusunun verilməməsi ilə bağlı qərarı qüvvədə saxlaması onun ölkədən dərhal deportasiya edilməsi üçün risk yaradır.
Qeyd edək ki, Saakaşvili bu qərardan kassasiya məhkəməsinə etiraz etmək niyyətindədir.