Boris Yeltsinin doğulduğu ev yandı

Rusiyanın Sverdlovsk vilayətinin Basmanovskoye kəndində keçmiş prezident Boris Yeltsinin doğulduğu evdə yanğın baş verib.
Yanvarın 26-da olub. Hadisənin sobada baş vermiş nasazlıq səbəbi ilə baş verdiyi ehtimal edilir. Heç kəsin yaşamadığı evə qonşu nəzarət edir. O, evə daxil olarkən tüstülənmə görüb və yanğınsöndürmə xidmətinə zəng edib.
Yanğın nəticəsində evdə olan qaz balonu partlayıb. Bu səbəbdən ev tamamilə yanıb.