"Zeytun budağı"nın 13-cü günü - 27 yaşayış məntəqəsi azad edilib

Afrində əməliyyatlar nəticəsində 27 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Bu rəqəmi Türkiyə hərbi mənbələri yayıblar.
Məlumata görə, hazırda əməliyyatlar Suriya ərazisində 7 istiqamətdə aparılır.
Qeyd edək ki, ötən gün Suriyada aparılan "Zeytun budağı" əməliyyatı zamanı 12 gün ərzində PYD və YPG-nin 712 terrorçusunun zərərsizləşdirilməsi barədə bildirilib.