İranda qır zavodu yanıb, 3 nəfər ölüb

İranın cənubundakı Bəndər-Abbas şəhərində qır zavodunda yanğın baş verib.
Yanğın nəticəsində 3 nəfərin həlak olduğu barədə xəbər verilib. Məlumata görə, daha iki nəfər xəsarət alıb.
Qeyd olunur ki, yanğın zavodun yanacaq çənlərinin birində başlayıb. Bununla belə yanğının hansı səbəbdən baş verməsi barədə hələ məlumat açıqlanmayıb.
Yanğının qarşısıın alınması üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Hadisə İran polisi tərəfindən araşdırılır.