Rusiyada maskalı şəxslər məktəbə hücum edib

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum edib.
Milliqazet “Dojd” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə Perm Administrasiyasının informasiya siyasəti departamentinin rəhbəri Andrey Kamenski məlumat verib. O bildirib ki, hadisə nəticəsində 5 şagird və bir müəllim xəsarət alıb. İlkin məlumata əsasən hücum edənlərin sayı 2 nəfər olub.
Hadisənin təfərrüatları araşdırılır.