Kanadanın baş naziri: İŞİD ilə əlaqəli 60 nəfərə yaxın insan ölkəyə qayıdıb

İŞİD terror qruplaşması ilə əlaqəli olan 60 nəfərə yaxın Kanada vətəndaşı Yaxın Şərqdən ölkəyə qayıdıb və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadırlar.
Milliqazetin məlumatına görə, bunu Kanadanın baş naziri Castin Tryudo Hamilton (Ontario əyaləti) şəhər meriyasında çıxışı zamanı bildirib.
"2015-ci ildən İŞİD terror qruplaşması ilə əlaqəli olan 60-a yaxın Kanada vətəndaşı vətəninə qayıdıb və bizim kəşfiyyat xidmətlərimiz onları daim izləyir. Biz kanadalıların və bizim cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq və bu məsələdə heç vaxt kompromisə getmərik", - baş nazir bildirib.