Trampın hədəf aldığı 5 yeni ölkə bəlli oldu

Trampın miqrant siyasətinin yeni detalları üzə çıxır. Musavat.com xəbər verir ki, CNN International-da yer alan xəbərə görə, 200 min El Salvadorlunu Amerikadan göndərməyə hazırlanan Tramp rəhbərliyinin keçici qoruma proqramı ilə ölkədə qalan Honduras, Suriya, Nepal, Yəmən və Somalidən gələnlər üçün də buna bənzər bir qərar verərək, 450 min nəfəri deportasiya etmək istədiyi qeyd olunub.
Miqrantlara qarşı olduğunu “hər fürsətdə” açıqlayan ABŞ prezidenti Donald Tramp El Salvadorlu qaçqınların deportasiya edilməsinə yönəlmiş qərar və Haiti, Sudan, eləcə Nikaraqua üçün bənzər açıqlamaların ardınca 5 ölkə üçün daha deportasiya qərarı verməyə hazırlanır.
Sözügedən ölkələr aşağıdakılardır: Suriya, Nepal, Honduras, Yəmən və Somali.
Rəsmi statistikaya görə, 10 ölkədən təxminən 435 min insanın qərardan təsirlənəcəyi görünür.
Son tarixlərə gəlincə, təxminən 5 min 300 nikaraqulalı üçün 2019-cu ilin yanvar ayı, 58 min 700 haitili üçün 2019-cu ilin iyul ayı, 263 min el salvadorlu üçün 2019-cu ilin sentyabrı, təxminən 6 min 200 suriyalı üçün 2018-ci ilin mart ayı, 13 min nepallı üçünsə 2018-ci ilin iyun ayı son tarixdir.