"Mahmud hoca" öldü

“Hababam sınfı”nın Mahmud hocası Münir Özkul 93 yaşında dünyasını dəyişib.
Milliqazet Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor İstanbuldakı evində həyatla vidalaşıb.
Qeyd edək ki, Münir Özkul uzun müddətdir ki, "alzaymer" xəstəliyindən əziyyət çəkirdi.