Əfqanıstanın sabiq prezidenti Trampın Pakistanla bağlı bəyanatını dəstəkləyib

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzay ABŞ prezidenti Donald Trampın Pakistanla bağlı bəyanatını dəstəkləyib.
Milliqazet xəbər verir ki, Əfqanıstanın sabiq dövlət başçısı bununla bağlı "Twitter"də yazıb.
O, Birləşmiş Ştatlar rəhbərinin Pakistanla bağlı mövqedə haqlı olduğunu bildirib. Kərzay birgə koalisiyanı regionda sülhün təmin olunması üçün Pakistan hərbçilərinə təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, Tramp Pakistanı Əfqanıstandan olan terrorçulara dəstək verməkdə ittiham edib.