Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksi ilə bağlı müqavilə imzaladı

Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanıb
Milliqazetin məlumatına görə, saziş Ankarada, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə imzalanıb.
Sazişə əsasən, Rusiya kredit vasitəsilə Türkiyəyə 4 ədəd S-400 zenit-raket kompleksi satacaq.
Qeyd edək ki, sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.