Ankarada avtobus aşıb, 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyə paytaxtı Ankarada sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Milliqazet “NTV” televiziyasına istinadən xəbər verir ki, hadisə dekabrın 29-da səhər saatlarında baş verib.
Qəza Ankara-İstanbul avtomobil yolunun Cankurtaran hissəsində qeydə alınıb.