Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası nə vaxt başa çatacaq?

NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasının başa çatma tarixi yoxdur.
“Vəziyyət hələ də çətin olsa da, Əfqanıstan Silahlı Qüvvələri müəyyən irəliləyiş əldə edib. Əfqanstan xüsusi təyinatlıları bütün əməliyyatların 80 faizini müstəqil şəkildə həyata keçirib”.
NATO nümayəndəsi qeyd edib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçuluqla mübarizəni davam etdirir: “Biz bu ölkənin təhlükəsizlik qüvvələrinə dəstəyimizi “Qətiyyətli dəstək” missiyası çərçivəsində treninqlər və məsləhətləşmələr keçirməklə davam etdiririk”.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı gələn ilin ilk rübünədək artırılacaq.