Savçenko:Böyük seçki saxtakarlığı olacaq

Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko ölkədə ədalətli seçkilərin keçirilməsinə inanmadığını bildirib.
Milliqazet xəbər verir ki, bu barədə Savçenko “Nyus 1” telekanalının efirində danışıb.
“Bizdə seçkilər olmayacaq. Çünki parlamentdə gördüyüm vəziyyət onu deməyə əsas verir ki, böyük və güclü saxtakarlıqlar olacaq”, - Savçenko deyib.