Yəmən qıyamçıları Səudiyyə Ərəbistanına "ballistik raket atıb"

Yəmənin Husi qiyamçılarına qarşı vuruşan hərbi koalisiyaya rəhbərlik edən Səudiyyə Ərəbistanı ölkənin paytaxtı ər-Riyadın üzərində ballistik raketi vurub, Səudiyyənin sahibi olduğu Al Arabiya TV deyib.
Hadisə şahidləri partlayış səsi eşitdiklərini və sosial şəbəkələrdə tüstü buludunu əks edən videoları paylaşıblar.
Husi hərəkatının əl-Masirah telekanalı qiyamçı döyüçülərin Yamama Sarayını hədəfə alan Burkan-2 tipli raket buraxdığını bildirib.
Keçən ay buna bənzər bir raket ər-Riyad hava limanın yaxınlıqda vurulmuşdu