Rusiya Tacikistana tank və vertolyotlar göndərdi

Rusiya istehsallı hərbi və hərbi-texniki avadanlıqların bir hissəsi bu gün Düşənbəyə çatdırılıb.
Milliqazetin məlumatına görə, hərbi texnikanın göndərilməsində məqsəd Tacikistan-Əfqanıstan sərhədlərinin mühafizəsidir.
RF Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəisi general-leytenant Aleksandr Kişmovski bildirib ki, bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək.
A.Kişmovski 2017-ci ildə Rusiyanın Tacikistana 122 milyon dollar dəyərində hərbi təyinatlı məhsul tədarük etdiyini vurğulayıb.