Qırğıstan: Prezident TŞ-yə 2 aydır təyin edilən sədri işdən çıxardı

Qırğızıstan prezidenti Sooronbay Jenbekov ölkənin Təhlükəsizlik Şurasının sədri Almazbek Kurmanaliyevi vəzifəsindən azad edib.
Milliqazet xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Kurmanaliyev keçmiş prezident Almazbek Atambayev tərəfindən Təhlükəsizlik Şurasının rəhbəri təyin edilmişdi. Atambayev Kurmanaliyevin təyinatı haqqında qərarı bu ilin 26 oktyabrında vermişdi.
Kurmaliyevdən öncə Təhlükəsizlik Şurasının rəhbəri olan Jeniş Razakov da bu vəzifəsini 3 aydan az icra etmişdi.